Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun nümayəndəsi Özbəkistanda keçirilən beynəlxalq konfransda iştirak edib

04.12.2023

  Prokurorluq orqanlarında peşə hazırlığının təşkili sahəsində həyata keçirilən tədbirlərin mühüm hissəsi xarici tərəfdaşlarla təcrübə mübadiləsinin və birgə tədqiqatların aparılması, habelə beynəlxalq elmi konfranslarda iştirak edilməsi ilə əlaqədardır.

  Cari ilin 1-3 dekabr tarixlərində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov Özbəkistan Respublikasının Hüquq mühafizə Akademiyasının dəvəti ilə Daşkənd şəhərində keçirilən “Hüquq mühafizə orqanlarında hüquq təhsili və elm: müasir tendensiyalar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.

  Akademiyanın yaradılmasının növbəti ildönümünə təsadüf etmiş konfransa Türkiyə, Özbəkistan, Malayziya, Qazaxıstan, İsveç, Portuqaliya, Yaponiya habelə digər ölkələri təmsil edən ali ixtisaslaşmış akademiya rəhbərləri, alimlər, ekspertlər, BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatları təmsil edən nümayəndələr qatılıb.

  Tədbir çərçivəsində Baş Prokurorluğun nümayəndəsi “Prokurorların peşə hazırlığı: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda çıxış edib.

  Daşkənd və Səmərqənd şəhərlərində keçirilən konfransın plenar iclaslarında hüquq təhsili və peşə hazırlığının müxtəlif sahələrinə aid mövzular üzrə faydalı müzakirələr davam etdirilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.