Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti" adlı təbdir keçirilib

02.12.2023

  Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ombudsman Aparatının dəstəyi, "Liatris Holding"in təşkilatçılığı ilə dekabrın 2-də "Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti" adlı təbdir keçirilib.

  Baş Prokurorluğun əməkdaşlarının da iştirak etdiyi tədbirdə müxtəlif dövlət qurumları, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxışlar edib, birgə əməkdaşlığın perpektivləri barədə təkliflər səsləndirilib.

  Çıxış edən Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov narkomaniya və məişət zorakılığına qarşı prokurorluq orqanları tərəfindən aparılan kompleks işlər barədə məlumat verib.

  Tədbirdə, həmçinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiə, Elm və təhsil, Səhiyyə, Gənclər və idman nazirliklərinin nümayəndələri, Milli Məclisin üzvləri, QHT rəhbərləri, media nümayəndələri və ekspertlər iştirak edib.

  Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media nümayəndələri arasında səmərəli fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.