Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində istintaq və əməliyyat qurumlarının əməkdaşları üçün təlim təşkil edilib

29.11.2023

  Baş Prokurorluğun Elm-Tədris Mərkəzində 28 və 29 noyabr tarixlərində istintaq və əməliyyat qurumlarının əməkdaşları, həmçinin prokurorluğa qulluğa yeni qəbul edilmiş əməkdaşlar üçün “İşgəncələrin və qeyri - insani, yaxud insan ləyaqətini alçaldan rəftarın və ya cəzaların qarşısının alınması haqqında Avropa Konvensiyasının tətbiqi məsələləri və yetkinlik yaşına çatmayanlar barəsində icraatın xüsusiyyətləri” mövzusunda, əyani formada təlim təşkil edilib.

  Sözü gedən tədbirə prokurorluq və daxili işlər orqanlarında istintaq və əməliyyat sahəsində fəaliyyət göstərən əməkdaşlar dinləyici qismində, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının və Rusiya Federasiyasının Daxili İşlər Nazirliyin Voronej İnstitutunun təcrübəli işçiləri isə təlimçi qismində cəlb olunub.

  Təlim çərçivəsində “İşgəncələrin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə Avropa Komitəsinin tövsiyələri”, “Avropanın polis etik qaydaları”, “İstintaq və məlumatların toplanması üçün effektiv müsahibə prinsipləri (Mendez prinsipləri)”, “Yetkinlik yaşına çatmayanlar barəsində icraatın xüsusiyyətləri” və digər aktual mövzular tədris edilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.