Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikasının Prokurorluğu və Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə cari ilin 28 noyabr tarixində Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Maliyyə araşdırmasının forma və metodları” mövzusunda hibrid formatda təlim keçirilib. Tədbirdə Prokurorluq və Maliyyə Monitorinqi Xidmətinin təlimçiləri tərəfindən maliyyə araşdırmasının taktikası və metodikasının əsasları, aktivlərin bərpası və digər əlaqəli sahələrdə mövcud yerli və beynəlxalq təcrübə barədə geniş təqdimatlar həyata keçirilib. Prokurorluq və daxili işlər orqanları, habelə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarının dinləyici qismində iştirak etdiyi təlim zamanı “FATF standartlarında və milli kontekstdə maliyyə araşdırması”, “Maliyyə araşdırmasının metodları”, “Maliyyə araşdırmasının planlaşdırılması”, “Maliyyə Monitorinqi Xidmətindən maliyyə məlumatlarının əldə olunması”, “Paralel maliyyə araşdırmasının xarakterik xüsusiyyətləri”, “Ölkə hüdudlarından kənara çıxarılmış aktivlərin bərpasında beynəlxalq əməkdaşlıq” və “Predikativ cinayətlər üzrə paralel maliyyə araşdırmasının aparılması” kimi aktual mövzular tədris edilib. Qarşılıqlı müzakirələr formatında baş tutmuş təlimin sonunda dinləyicilər tərəfindən verilmiş çoxsaylı suallar cavablandırılıb.








Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı