Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq əməkdaşları üçün “Müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkilinin aktual problemləri” mövzusunda təlim keçirilib

28.11.2023

  Baş Prokurorluğun Elm-Tədris Mərkəzində 27-28 noyabr tarixlərində “Müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkilinin aktual problemləri” mövzusunda distant formada təlim təşkil edilib.

  Təlimə Baş Prokurorluq, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının aidiyyəti struktur bölmələrinin, eləcə də müvafiq sahə üzrə şəhər və rayon prokurorluqlarının ümumilikdə 135 əməkdaşı dinləyici qismində cəlb olunub.

  Tədbirə təlimçi qismində Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin müvafiq sahədə təcrübəli işçiləri iştirak edib.

  Təqdimatlar zamanı vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu ilə bağlı məsələlərə dair müxtəlif aktual mövzular tədris edilib, xüsusilə də bu sahədə psixoloji hazırlıq, qəbul zamanı peşəkar davranışın mənəvi aspektləri, riskli hadisələrin qarşısının alınması ilə bağlı tələblər və sair məsələlərə xüsusi diqqət yetirilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.