Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə - MMC və MTK-lar tərəfindən inşa edilən binadan mənzil alarkən ödəniş hansı qaydada edilməlidir?

28.11.2023

  Məhdud Məsuliyyətli Cəmiyyətlər (MMC) və Mənzil-tikinti kooperativləri tərəfindən tikilən binadan mənzil alarkən vətəndaşlara nağd qaydada hər hansı bir ödəniş etməkdən imtina etmək, vəsaitin nəzərdə tutulan tikinti şirkəti və ya MTK-nın bank hesabına köçürmək tövsiyə olunur.

  Belə ki, “Nağdsız hesablaşmalar haqqında” Qanuna əsasən, daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.