Şriftin ölçüsü :

Saytın rəngi :

Emosional-Psixoloji vəziyyətə dair maarifləndirici təlim keçirilib

27.11.2023

  Noyabrın 24-də Baş Prokurorluq, Gənclər Fondu, “UNİCEF Azərbaycan, “Gənclərin İnkişafı” İctimai Birliyi və “Ümidli Gələcək” İB-nin iştirakı ilə “Emosional-Psixoloji vəziyyətə dair maarifləndirici Təlim” keçirilib.

  Tədbirdə Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Nail Əliyev, Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, BMT-nin Uşaq Fondunun rəhbəri Natiq Umarov, “Ümidli Gələcək” İB rəhbəri Kəmalə Aşurova, “Gənclərin İnkişafı” İB, “UNİCEF Azərbaycan” nümayəndələri və gənclər iştirak edib. 

  İştirakçılara Baş Prokurorluq tərəfindən özünü öldürmə və özünü öldürməyə cəhd hadisələri üzrə aparılan təhlillər, bu sahədə görülən işlər barədə məlumat verilib və mövzu ətrafında faydalı müzakirələr aparılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.