Şriftin ölçüsü :
Saytın rəngi :
Xəbər verildiyi kimi, Baş prokuror Kamran Əliyevin dəvətilə Tacikistan Respublikasının Dövlət Maliyyə Nəzarəti və Korrupsiyaya qarşı Mübarizə Agentliyinin direktoru Suleymon Sultonzodanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub.
Qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət edərək, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olub, Mərkəzdə yerləşən muzey və eksponatlar barədə onlara ətraflı məlumat verilib.
Səfər çərçivəsində nümayəndə heyəti Baş Prokurorluğun müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş yeni inzibati binasında yaradılmış şərait və prokurorluğun fəaliyyət ilə yaxından tanış olaraq 44 günlük Vətən müharibəsinə həsr olunmuş muzeyi də ziyarət ediblər.
Qonaqlar, həmçinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin inzibati binası ilə tanış olublar. Qarşılıqlı müzakirələr formatında baş tutmuş görüş zamanı hər iki ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər, bu sahədə müsbət təcrübə və eləcə də qurumların fəaliyyəti barədə qarşılıqlı məlumat mübadiləsi həyata keçirilib.
Bundan başqa, heyət üzvləri 44 günlük Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistan dövlətini döyüş meydanında məğlub etməsi nəticəsində ələ keçirdiyi hərbi qənimətlərin nümayiş olunduğu, həmçinin, qalibiyyətimizin əbədiləşdirilməsinə xidmət etməklə xalqımızın qürur mənbəyi hesab olunan “Hərbi Qənimətlər Parkı”-nı və UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş İçərişəhəri ziyarət ediblər.
Qonaqlar tarixi-mədəni abidələrlə zəngin olan Bakı şəhərinin Balaxanı qəsəbəsini ziyarət edərək, orada xalçaçılıq, dulusçuluq, milli geyimlərin hazırlanması və digər yerli xüsusilə sənətkarlıq sahələri ilə yaxından tanış olublar.
Nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb.











Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı