Şriftin ölçüsü :

Saytın rəngi :

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

24.11.2023

  Noyabrın 24-ü saat 9 radələrində Zaqatala şəhəri ərazisində 1989-cu il təvəllüdlü Aygün Həşimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

  Araşdırmalarla 1991-ci il təvəllüdlü Əli Səfərovun şəhərin Həzi Alsanov küçəsində şəxsi münasibətlər zəminində Aygün Həşimovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

  Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Səfərov şübhəli şəxs qismində tutulub.

  Hazırda ibtidai istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.