Şriftin ölçüsü :
Saytın rəngi :
Noyabrın 22-i saat 20 radələrində 1995-ci il təvəllüdlü Kənan Qəfərovun kəsici-deşici xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla 1992-ci il təvəllüdlü Rəşad Məhərrəmovun rayonun Qazaxbəyli kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Kənan Qəfərova bıçaqla bir neçə dəfə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Rəşad Məhərrəmov iş üzrə şübhəli şəxs qismində tutulub.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı