Şriftin ölçüsü :
Saytın rəngi :
Cari ilin noyabr ayının 17-də Belarus Respublikası İstintaq komitəsinin “İxtisasartırma və yenidən hazırlıq institutu”nun dəvəti ilə Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Ruslan Babazadə Minsk şəhərində “Milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsinin əsas istiqamətləri” mövzusuna həsr edilmiş III Beynəlxalq elmi-praktik konfransda iştirak etmişdir.
Hər il keçirilən genişmiqyaslı tədbirin təşkilatçıları Belarus Respublikası Təhlükəsizlik Şurasının Dövlət Katibliyi və Belarus Respublikasının İstintaq Komitəsi olmuşdur.
Tədbirdə Belarus Respublikasının İstintaq Komitəsinin sədri Dmitriy Yuryeviç Qora, Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasının sədr müavini Valeri Mitskeviç, Belarus Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini Olqa Çupris, Belarus Respublikası Təhlükəsizlik Şurasının Dövlət Katibliyinin İnformasiya və Analitik Departamentinin rəhbəri Aleksey Bankovski, Dövlət Məhkəmə Ekspertizaları Komitəsinin sədri Aleksey Volkov, Belarus Respublikasının Təhsil naziri Andrey İvanets, habelə Rusiya Federasiyası İstintaq Komitəsinin əməkdaşları iştirak etmişlər.
Konfransda Milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsinin əsas istiqamətləri barədə iştirakçı ölkələr tərəfindən əldə edilmiş təcrübələr paylaşılmış, mövzu ətrafında iştirakçılar geniş fikir mübadiləsi və müzakirələr aparmışdır.




Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı