Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Şəxsin iş yerində aldığı xəsarətdən ölməsi ilə bağlı araşdırma aparılır

22.11.2023

  Baş prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən təkər təmiri sexindı işləyən 1999-cu il təvəllüdlü Rəfail Əzimovun təmir işi görərkən təkərin partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.