Şriftin ölçüsü :
Saytın rəngi :
Prokurorluq orqanları tərəfindən cinayətlərin qarşısının alınması, insanların təhülkəsizliyinin təmin edilməsi, vətəndaşların cinayət məsuliyyətinə səbəb olacaq hərəkətlərdən çəkindirilməsi məqsədilə mütəmadi olaraq maarifləndirici məlumatların hazırlanaraq ictimaiyyətə təqdim olunması işi davam etdirilir.
Cinayət Məcəlləsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə cinayət məsuliyyətinə səbəb olur, bu əməllər 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd olunan əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.
Odur ki, vətəndaşları bir daha onlarda olan qanunsuz odlu silah və onun komplekt hissələrini, partlayıcı maddə və qurğuları təhvil verməyə və bu kimi əməllərdən yayınmağa çağırırıq.
Nəzərə almalıdır ki, hətta hadisələrin təsadüfi axını zəminində böyük ictimai təhlükə törətməyən cinayətin belə odlu silahla törədilməsi şəxsin məsuliyyətini ağırlaşdıran hal hesab olunur.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı