Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq orqanları tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində işlər davam etdirilir

21.11.2023

  Prokurorluq orqanları tərəfindən cinayət təqibi ilə bağlı xarici təcrübənin öyrənilməsi, bu sahədə fəaliyyətin səmərəliliyinin artırılması və  əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır.

  Cari ilin 16-17 noyabr tarixlərində Polşa Respublikasının paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tərəfindən Beynəlxalq Tolerantlıq Günü ilə bağlı illik Nifrət Cinayəti Hesabatı təqdim olunmuşdur.

  ATƏT-in üzvü olan 30-dan çox ölkənin milli əlaqələndirici şəxslərinin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun böyük köməkçisi Vüsal Əliyev təmsil etmişdir.

  Tədbirdə nifrət cinayətləri qanunvericiliyi, nifrət cinayətlərinə qarşı mübarizə və bu sahədə məlumatların toplanması ilə bağlı mövcud təcrübə barədə geniş məlumat verilmiş, digər ölkələrin müvafiq sahədə təcrübəsi öyrənilmiş və mövzu ətrafında müzakirələr aparılmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.