Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun nümayəndəsi Beynəlxalq təşkilat tərəfindən təşkil olunan seminarda iştirak edib

21.11.2023

  Cari ilin 14-16 noyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Mərkəzi Asiya və Cənubi Qafqaz regionu üzrə hüquqi əməkdaşlıq şəbəkəsi (CASC) tərəfindən “Prokurorluq orqanlarının fəaliyyətində informasiya texnologiyalarından istifadə. Beynəlxalq əməkdaşlıq” mövzusunda Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində seminar keçirilmişdir.
   Seminarda Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin İnformasiya texnologiyaları xidmətinin rəhbəri Elşən Məmmədov ekspert qismində iştirak etmişdir.

  Tədbirdə “Azərbaycan Respublikasının prokurorluq orqanlarının işində informasiya texnologiyalarının tətbiqi” mövzusunda çıxış edən Baş Prokurorluğun nümayəndəsi, prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 3 mart 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş və prokurorluğun bütün fəaliyyət istiqamətlərini vahid elektron platformada birləşdirən “Elektron prokurorluq informasiya sistemi"nin fəaliyyəti barədə geniş məlumat vermişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.