Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun nümayəndəsi Beynəlxalq təlimdə iştirak edib

20.11.2023

  Azərbaycan Respublikasının Baş Prokurorluğu xarici ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları, eləcə də beynəlxalq təşkilatlarla işgüzar əlaqələr və dostluq münasibətlərinin qurulması sahəsində səmərəli fəaliyyətini davam etdirir.

  Cari ilin 14-16 noyabr tarixlərində Buxarest şəhərində “Mütəşəkkil cinayətkarlıq və hüquq-mühafizə orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində transsərhəd əməkdaşlığı” mövzusunda təlim keçirilmiş təlimdə Baş Prokurorluğunun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti Şamil Şəmmədli iştirak edib.

  Tədbirdə həmçinin Moldova Ukrayna və Rumıniya Respublikasının müvafiq sahələrdə çalışan əməkdaşları iştirak etmişlər. 

  Təlim zamanı Rumıniya Respublikasının Mütəşəkkil Cinayətkarlığa və Terorrizmə qarşı İstintaq İdarəsində (DİİCOT), Norkotiklərlə Mübarizə üzrə Milli Agenlik (ANA) və Rumıniya Respublikasının cinayətkarlığa qarşı mübarizə sahəsində fəaliyyət göstərərən digər qurumlarının fəaliyyəti öyrənilmiş və Mütəşəkkil cinayətkarlıq və hüquq-mühafizə orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində iştirakçı ölkələr tərəfindən əldə edilmiş təcrübələr paylaşılmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.