Şriftin ölçüsü :
Saytın rəngi :
Prokurorluq orqanlarının mövcud beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi və əməkdaşların peşə hazırlığının qabaqcıl beynəlxalq təcrübə əsasında formalaşdırılması daim diqqət mərkəzində saxlanılır.
Bu məqsədlə cari ilin 14-16 noyabr tarixlərində Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin əməkdaşlarından ibarət nümayəndə heyəti İtaliyanın Roma şəhərində təlimdə olmuşlar.
Səfərdə Azərbaycan Respublikasının Baş Prokurorluğunu Dövlət ittihamının müdafiəsi üzrə idarənin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Vüsal Mehrəliyev, Zəfər Ramazanov, Namiq Əliyev və Təranə Məmmədovadan ibarət nümayəndə heyəti təmsil edib.
Təlim zamanı nümayəndə heyəti “İstintaq sövdələşməsi” ilə bağlı İtaliya Kassasiya Məhkəməsində, Roma Apellyasiya Məhkəməsində və Roma birinci instansiya Məhkəməsində prokuror və hakimlərin təcrübəsi ilə tanış olmuş, istintaq sövdələşməsinin nəzəri və praktiki tərəflərini, həmçinin qanunvericiliyimizdə əks olunması imkanlarını araşdırmışlar.
Səfər çərçivəsində İtaliya Kassasiya məhkəməsində həmin ölkənin Baş prokurorun beynəlxalq əlaqələr üzrə məsul vəzifəli şəxsi Renato Finocchi Gherzi ilə ikitərəfli görüş keçirilmiş, bu sahədə ikitərəfli əməkdaşlığın mümkün perspektivləri müzakirə olunmuşdur.
Bundan başqa, İtaliya Ədliyyə məktəbində olan nümayəndə heyətinə İtaliyada hakim və prokurorların seçilməsi və fəaliyyətə başlama qaydaları barədə ətraflı məlumat verilmişdir.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı