Şriftin ölçüsü :
Saytın rəngi :
Uşaqlara aid məsələlərlə bağlı dövlət tərəfindən qəbul edilən qərarlar, qəbul edilən qanunlar və təcrübələr uşaqların maraq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir.
Din, dil, irq, siyasi düşüncə kimi fərqli xüsusiyyətlərindən asılı olmayaraq uşaqlar və onların ailələri bu hüquqlara bərabər malikdirlər.
Uşaqların özləri haqqında fikirlərini və düşüncələrini sərbəst ifadə etmək hüququ vardır.
Bu prinsiplər əsasında hazırlanmış müqavilənin əsasları aşağıdakılardır:
1. Uşağın tərifi: 18 yaşına çatmamış hər kəs uşaq kimi müəyyən edilir.
2. Bərabərlik prinsipi: Bu bəyannamə irq, dil, din kimi digər fərqləndirici xüsusiyyətlərindən asılı olmayaraq bütün uşaqlara eyni dərəcədə şamil edilir.
3. Uşaqların faydalarını müşahidə etmək: Ailələr uşaqların maraqlarını ön planda tutaraq qərarlar qəbul etməlidirlər.
4. Yaşamaq hüququ: Uşaqların sağlam yaşamaq hüququ var və bu hüquq dövlət tərəfindən təmin edilir.
5. Uşaqların fikir və rəylərinə dəyər vermək: Ailələr uşaqları haqqında daim qərarlar qəbul edirlər. Lakin onlar bu qərarları verərkən övladlarının fikirlərini də nəzərə almalıdırlar. Bu o demək deyil ki, uşaqlar valideynlərini istədikləri hər şeyi etməyə məcbur etsinlər. Bununla belə, uşaqların da öz fikirlərini sərbəst ifadə etmək hüququ olmalıdır.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı