Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 noyabr 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin I və II hissələrinə və 71-ci maddəsinin X hissəsinə uyğun olaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 85.2.1 və 85.2.5-ci maddələrinin mənasına görə, müstəntiqin icraatında olan cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi və uzadılması həmin Məcəllənin 156.2, 159.1, 159.3, 159.3-1, 159.8-1, 163.2 və 163.4-cü maddələrinin tələblərinə müvafiq olaraq müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həyata keçirilir.
Cinayət işi başlamış və bu halda müstəntiqin səlahiyyətlərindən istifadə edərək həmin işin ibtidai istintaqını aparan prokuror Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156, 159 və 163-cü maddələrində göstərilən hallarda şübhəli və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbirinin seçilməsi və uzadılması barədə təqdimatla məhkəməyə müraciət edə bilər.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı