Şriftin ölçüsü :
Saytın rəngi :
Baş Prokurorluğun Elm-Tədris Mərkəzində cari ilin 01 – 03 noyabr tarixlərində prokurorluq və daxili işlər orqanlarında müstəntiq vəzifəsində çalışan işçilər üçün “Məhkəmə ekspertizası fəaliyyətinin nəzəri və təcrübi əsasları” mövzusunda distant formada təlim təşkil edilib.
Təlimə prokurorluq işçiləri ilə yanaşı, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının bu sahədə nəzəri və praktiki təcrübəyə malik mütəxəssisləri təlimçi qismində cəlb edilib.
Mühazirə, təqdimat, təcrübə mübadiləsi və sair formada həyata keçirilmiş təlim çərçivəsində ekspertiza təyin edərkən növ və ixtisasın düzgün seçilməsi, həmin növ və ixtisaslara uyğun sualların qoyulması, ekspertizanın aparılması üçün eksperimental və sərbəst nümunələrin götürülməsi və kriminalistik baxımdan düzgün qablaşdırılması qaydaları, habelə ayrı-ayrı ekspertizaların müasir imkanları, təşkili və keçirilməsi ilə bağlı praktiki əhəmiyyət kəsb edən mövzular tədris edilib.


Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı