Şriftin ölçüsü :

Saytın rəngi :

Təbiət abidəsi kimi qeydiyyatda olan ağacın qanunsuz kəsilməsi faktı ilə bağlı cinayət işi başlanıb

02.11.2023

  Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Bərdə rayonu ərazisində qanunsuz ağackəsmə faktı ilə bağlı  daxil olmuş məlumat əsasında araşdırma aparılıb.

  Araşdırmalar zamanı rayonun Türkmən kəndi ərazisində təbiət abidəsi kimi qeydiyyatda olan 1 ədəd Şərq çinarı cinsinə məxsus ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 12 min 900 manat məbləğində maddi ziyan vurulması müəyyən edilib. 
 
  Faktla bağlı Baş prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.