Şriftin ölçüsü :

Saytın rəngi :

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

02.11.2023

  Noyabrın 2-də 1986-cı il təvəllüdlü Zülfiyyə Xamoyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

  Araşdırma zamanı 1981-ci il təvəllüdlü Qədir Qasımovun rayonun yeni yaşayış massivi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində aralarında yaranmış mübahisə zamanı Zülfiyyə Xamoyevaya bıçaqla xəsarət yetitərərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

  Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, prokurorluğun qərarı əsasında Qədir Qasımov şübhəli şəxs qismində tutulub.

  Hazırda ibtidai istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.