Şriftin ölçüsü :

Saytın rəngi :

#maarifləndirmə - Qazdan təhlükəsiz istifadə sahəsində vəzifələr və hüquqi məsuliyyət

01.11.2023

Çoxmərtəbəli yaşayış binalarının mənzil mülkiyyətçiləri (bina mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə), mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, ixtisaslaşmış istehlak kooperativi, binanı idarə edən hüquqi şəxs və fərdi sahibkar (idarəedici təşkilat) aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:

1. qaz avadanlıqlarını istismar edən müvafiq texniki heyət tərəfindən qaz qurğularına mütəmadi olaraq texniki baxış keçirilməsini və qazdan təhlükəsiz istifadənin təbliğatını təmin etməli, habelə zirzəmilərin, texniki anbarların və birinci mərtəbələrin ərazisində hava-qaz qatışığının yoxlanılması üçün qaz paylayıcısına şərait yaratmalı;

2. zirzəmiləri, texniki dəhlizləri, alt mərtəbələri lazımi texniki vəziyyətdə saxlamalı, elektrik işıqlandırmasını və havadəyişmə sistemini işlək vəziyyətdə saxlamalı;

3. binanın tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə ildə 1 (bir) dəfə (hər il iyulun 1-dək) texniki xidmətin həyata keçirilməsini təmin etməli və müvafiq ixtisaslı işçi heyəti tərəfindən texniki xidmətin nəticəsi barədə akt tərtib edilməli və həmin aktın 1 (bir) nüsxəsini müayinə və texniki xidmət məlumatları üzrə reyestrə daxil edilməsi üçün qaz paylayıcısına təqdim etməlidir.

İstehlakçılar tərəfindən qazdan istifadə sahəsində texniki istismar qaydalarının pozulmasına görə məsuliyyət:

İstehlakçılar tərəfindən qaz qurğu və avadanlıqlarından texniki istismar qaydalarının pozulması, habelə onların texniki səviyyəsinin yüksəldilməsi və ya saxlanılması üçün müəyyən edilmiş tələblərin yerinə yetirilməməsi, qaz paylayıcısının səlahiyyətli şəxsinin qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə tədbirlər həyata keçirməsinə, yaxud həmin şəxsin qanuni tələblərinin yerinə yetirilməsinə maneələr törədilməsi inzibati xəta hesab edilir və əməli törətmiş şəxs inzibati cərimə edilir. 

Qaz paylacısı tərəfindən qazdan istifadə sahəsində müayinə və texniki xidmət qaydalarının pozulmasına görə məsuliyyət:

Qaz paylacısı tərəfindən qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə müayinə və texniki xidmət qaydalarının pozulması inzibati xəta hesab edilir və  vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə inzibati cərimə edilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.