Şriftin ölçüsü :
Saytın rəngi :
Bu Qaydalar valideyninin və ya digər qanuni nümayəndəsinin müşayiəti olmadan xarici ölkədə aşkar edilmiş, çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir.
Qaydaların məqsədi valideyninin və ya digər qanuni nümayəndəsinin müşayiəti olmadan xarici ölkədə aşkar edilmiş, çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası üzrə aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi, baxımsız və sosial təhlükəli vəziyyətdə olan şəxslərin hüquqlarının müdafiəsidir.
Qaydalara əsasən, repatriasiya – valideyninin və ya digər qanuni nümayəndəsinin müşayiəti olmadan xarici ölkədə aşkar edilmiş, çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşının Azərbaycan Respublikasına (bundan sonra – ölkə) gətirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin məcmusudur.
Repatriant – valideyninin və ya digər qanuni nümayəndəsinin müşayiəti olmadan xarici ölkədə aşkar edilmiş, çətin həyat şəraitində olan və repatriasiya edilməsi nəzərdə tutulan yetkinlik yaşına çatmayan şəxsdir.
Reabilitasiya – repatriantın itirilmiş sosial əlaqələrinin bərpası, çatışmazlıqların korreksiyası üçün həyata keçirilən tibbi, sosial və psixoloji tədbirlərin məcmusudur.
Repatriantın repatriasiyası və reabilitasiyası, fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilir və bu istiqamətdə tədbirlərin əlaqələndirilməsi məqsədilə həmin qurumların nümayəndələrindən ibarət İşçi Qrupu yaradılır.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi repatriantın Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı onun aşkar edildiyi xarici ölkənin səlahiyyətli orqanları (qurumları) ilə danışıqlar aparır.
Repatriantın ölkəyə gətirilməsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müraciəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, İşçi qrupun aidiyyəti üzvlərindən ibarət heyətin xarici ölkəyə ezam olunması yolu ilə həyata keçirilir. Heyətin tərkibində 1 (bir) nəfər psixoloq olmalıdır.
Repatriant ölkəyə gətirildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarı əsasında müvəqqəti olaraq müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilir və onun reabilitasiyası 2 (iki) ay müddətində təşkil edilir.
Repatriant qəyyumluq və ya himayəyə verildiyi halda, qəyyumluq və himayə orqanı repatriantın qəyyumluğa və ya himayəyə verildiyi andan həmin il hər rüb, növbəti illərdə 18 yaşına çatanadək ildə 2 (iki) dəfə olmaqla onun saxlanılması, tərbiyəsi, eləcə də əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə monitorinqlər aparır.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı