Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun Elm-Tədris Mərkəzi Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə birgə elmi-praktik konfrans keçirib

30.10.2023

  Oktyabrın 27-də DİN-in Polis Akademiyasında Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə birlikdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və “Zəfər Gününə” həsr olunmuş “Təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Zəfər tarixi" mövzusunda Respublika elmi-praktik konfrans keçirilib.

  Konfransda Elm-Tədris Mərkəzi və Polis Akademiyası nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikasının Milli Məclisinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin, Vəkillər Kollegiyasının, eləcə də Respublikamızın bir sıra dövlət qurumları və ali təhsil müəssisələrinin nümayəndələri, tələbə və kursantları iştirak edib. 

  Tədbirdən öncə Ulu öndərin abidəsi önünə gül dəstələri qoyulub, Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  Konfrans zamanı DİN-in Polis Akademiyasının rəisi Canpolad Daanov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov, Heydər Əliyev adına Hərbi İnstitutun rektoru Fizuli Salahov, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi Baba Salayev, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini Pərviz Ələkbərov və DİN-in Şəxsi Heyətlə İş İdarəsinin rəisi Elçin Məmmədli çıxışlar edib. 

  Konfrans zamanı Ulu öndər Heydər Əliyevin zəngin və çoxşaxəli həyat yoluna dair müxtəlif mövzularda təqdimatlar dinlənilib.

  Tədbir zamanı, həmçinin, səmərəli müzakirələr aparılıb və suallar cavablandırılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.