Şriftin ölçüsü :
Saytın rəngi :
Dəm qazından zəhərlənmə hadisələrinin qarşısını almaq üçün nə etməli?
- Heç bir halda qeyri-standart işlədicilərdən istifadə olunmamalıdır;
- Hər hansı nasazlıq aşkarlanarsa, ixtisaslaşdırılmış müəssisəyə, professional ustaya müraciət olunmalıdır;
- Su qızdırıcıları - binaların qızdırılması üçün istifadə olunan Rusiya, İran, Avropa istehsalı olan, xalq arasında “pyatiminutka”, “kolonka”, “kombi”, “ariston” və sairə kimi adlandırılan hər bir qızdırıcı aparatın qazla təminatı sertifikata uyğun boru ilə təmin olunmalı, yanmış qazların çıxışı sərbəst, standart, tələb olunan ölçülərə müvafiq qaydada qurulmalı - montaj olunmalıdır;
- İşlənmiş qazların kənarlaşdırılması üçün nəzərdə tutulan şaxta - baca sistemləri mütəmadi qaydada qurum, kənar predmet və sairdən təmizlənməlidir, axarlılığı tutacaq kənar əşya, hər hansı səbəb yolverilməzdir;
- Heç bir halda qaz işlədicisi bilavasitə duşun qəbul edildiyi otağa qoyulmamalıdır, qaz işlədicisi açıq məkanda qoyulmalıdır, duş və işlədicinin bir məkanda olması yolverilməzdir! Əgər bu vacib tələb pozulubsa, duş olan otaqda hökmən nəfəslik - kiçik ölçülü pəncərə, otağın qapısında isə kiçik diametrli dəliklər olmalıdır.
- Fərdi qaydada su qızdırıcısı ilə təmin olunan ev və mənzillərdə şəxsin evdə tək olması zamanı duş qəbul etməsi tövsiyə olunmur, çünki dəm qazından zəhərlənmə baş verəcəyi halda zərərçəkənin xilas olması üçün kənar şəxsin və ya şəxslərin köməyi zəruridir.
- Heç bir halda mətbəx qaz plitə - sobalarından mənzilin qızdırılması üçün istifadə edilməməlidir;
- Mətbəx qaz plitələrinin üstündəki hava sorucu (aspirator) sistemin müstəsna əhəmiyyəti olduğu undulmamalı, plitə alışdırıldıqda hava sorucu da dərhal qoşulmalıdır. Bu ayrılan zəhərli maddələri – dəm qazı tərkibli ayrıntıları kənarlaşdırır.
- Dəm qazı dedektorundan mütləq istifadə edilməlidir. Bu cihaz həm qaz sızması, həm də dəm qazı yarandığı halda yüksək səslə siqnal verərək əvvəlcə qaz axınını dayandırır, sonra isə xəbərdarlıq edərək ev sahibini məlumatlandırır.
Dəm qazından zəhərlənmənin əlamətləri:
- baş ağrısı;
- başgicəllənmə;
- zəiflik;
- ürəkbulanma və qusma;
- sürətli ürək döyüntüsü;
- nəfəs darlığı;
- qıcolmalar;
- sinə ağrısı;
- oriyentasiyanın pozulması və huşun itirilməsi.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı