Şriftin ölçüsü :

Saytın rəngi :

Qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən şəxs barəsində cinayət işinin istintaqı tamamlanıb

27.10.2023

Xəbər verildiyi kimi, Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini 1999-cu il təvəllüdü Zəhra Əhmədovanın öldürülməyə cəhd edilməsi faktı ilə bağlı Şəmkir rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla, 1990-cı il təvəllüdlü Əfsun Əhmədovun aralarında yaranmış mübahisə səbəbindən arvadı Zəhra Əhmədovaya ov silahı ilə atəş açaraq onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Əfsun Əhmədova Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin istintaqı tamamlanaraq ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilməklə aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.