Şriftin ölçüsü :
Saytın rəngi :
Oktyabrın 26-sı 1987-ci il təvəllüdlü Pərvanə Məhərrəmovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1982-ci il təvəllüdlü Zamin Tanırverdiyevin Xətai rayonu ərazisində yerləşən gözəllik salonlarının birində aralarında yaranmış mübahisə zamanı Pərvanə Məhərrəmovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zamin Tanırverdiyev şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı