Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqibilikləriniartır - Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin I və X hissələri baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 18.6, 43.3-1, 54.2 və 103-cü maddələri əlaqəli şərh edilmişdir

26.10.2023

  Konstitusiya Məhkəməsini Plenumu  qərarda prokurorun İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş səbəblər və kifayət qədər əsaslar olduqda İnzibati Xətalar Məcəlləsinin istənilən maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraat başlamaq və bu barədə qərar qəbul etmək, həmin Məcəllənin 103-cü maddəsinə müvafiq olaraq sözügedən qərarı hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərmək səlahiyyətinin mövcudluğunu, habelə Məcəllənin 18.5-ci maddəsinin tələbini nəzərə alaraq hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar olduqda, onun barəsində inzibati xəta haqqında iş üzrə icraatı başlamış prokurorun qəbul etdiyi qərarı baxılması üçün məhkəməyə göndərməkdə haqlı olduğu qənaətinə gəlmişdir. 

  Qərarda qeyd edilmişdir ki, prokuror tərəfindən qəbul edilən və özündə inzibati xəta haqqında protokolda əks etdirilməli olan bütün məlumatları ehtiva edən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın təkrarən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə işlərə baxmaq səlahiyyəti olan orqana (vəzifəli şəxsə) göndərilməsi icraatda həddən artıq formallığa səbəb olmaqla, “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərinin pozulması ilə nəticələnə bilər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.