Şriftin ölçüsü :

Saytın rəngi :

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanılıb

25.10.2023

  Oktyabrın 25-də 1970-ci il təvəllüdlü Firdovsi Nəcəfovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

  Araşdırma zamanı 1988-ci il təvəllüdlü Adil Əsgərovun Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı   Firdovsi Nəcəfovu dəmir parçası ilə vuraraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

  Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Adil Əsgərov şübhəli şəxs qismində tutulub.

  Hazırda ibtidai istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.