Şriftin ölçüsü :
Saytın rəngi :
Cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür.
Yetkinlik yaşına çatmayanların törətdikləri cinayətlər üzrə məhkəməyədək icraat yalnız ibtidai istintaq şəklində aparılır.
Yetkinlik yaşına çatmayan şəxs cinayətin törədilməsində digər şəxslərlə birlikdə iştirak etdiyi halda məhkəməyədək icraat mərhələsində onun barəsində cinayət işi imkan daxilində ayrıca icraata ayrılmalıdır. Yetkinlik yaşına çatmayan şəxs barəsində cinayət işinin ayrıca icraata ayrılması işin hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli maneələr yaratdıqda həmin işin ayrıca icraata ayrılmasına yol verilmir.
Törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı aşağıdakı hallar müəyyən edilməlidir:
1. yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün);
2. yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti;
3. yetkinlik yaşına çatmayanın fiziki intellektual və əqli inkişaf səviyyəsi;
4. yetkinlik yaşına çatmayanın törətdiyi cinayətdə digər iştirakçılar olduqda onun barəsində cinayət işinin icraatının ayrılmasının mümkünlüyü.
Yetkinlik yaşına çatmayan şəxs barəsində ibtidai istintaq imkan daxilində müvafiq ibtidai istintaq orqanlarının xüsusi bölmələri və ya yetkinlik yaşına çatmayan şəxslərlə müvafiq iş təcrübəsinə malik olan şəxslər tərəfindən aparılmalıdır.
Yetkinlik yaşına çatmayan şəxs barəsində cinayət işi üzrə icraat hər hansı bir gecikdirməyə yol verilmədən aparılmalıdır. Yetkinlik yaşına çatmayan şəxs barəsində iş üzrə onun müdafiəçisinin iştirakı məcburidir.
İbtidai istintaq zamanı yetkinlik yaşına çatmayan şəxslə müstəntiq arasında əlaqələr cinayət işinin hallarının lazımi qaydada nəzərə alınması, yetkinlik yaşına çatmayan şəxsə hörmətlə yanaşılması, yetkinlik yaşına çatmayan şəxsin rifahına kömək edilməsi və ona ziyan vurulmasına yol verilməməsi şərtilə həyata keçirilir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı