Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Əmək mühafizəsi qaydalarının pozulması faktı ilə bağlı cinayət işi başlanılıb

18.10.2023

  Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, sentyabrın 16-da Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən müəssisələrdən birində 1983-cü il təvəllüdlü Fəqan Şirinov və 2002-ci il təvəllüdlü Nahid Həsənovun üzərinə isti su tökülməsi nəticəsində almış olduqları xəsarətlərdən xəstəxanada ölmələri faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.