Şriftin ölçüsü :
Saytın rəngi :
Prokurorluq əməkdaşlarının peşə hazırlığının yüksəldilməsi, onların beynəlxalq təcrübəni öyrənmələri və qazandıqları biliyi təcrübədə tətbiq etmələri istiqamətində işlər daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə prokurorluq əməkdaşlarının təlim kurslarında, treninqlərdə, o cümlədən beynəlxalq tədbirlərdə iştirakı təmin olunur.
Belə tədbirlərin davamı kimi, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Nigar Yahyazadə və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin prokuroru Tərlan Kərimov 10-12 oktyabr tarixlərində Avropa ittifaqı və Avropa Şurasının birgə maliyyələşdirdiyi “CyberEast" və "İPROCEEDS-2” layihələri çərçivəsində Antalya şəhərində “Kibercinayətkarlıq və maliyyə təhqiqatında özəl sektorla əməkdaşlıq və bu sahədə məlumat mübadiləsi” adlı mövzuda keçirilmiş regional təlimdə iştirak ediblər.
Təlim zamanı rəqəmsal məkanda cinayət fəaliyyətindən əldə olunan gəlirlərinin müsadirəsi, kibercinayətkarlıqla mübarizə və elektron sübutların təmin edilməsi sahəsində qurumlararası əməkdaşlıq, bu sahədə məlumat mübadiləsinin həyata keçirilməsi, eləcə də Budapeşt Konvensiyasının müvafiq maddələrinə uyğun olaraq daxili təhqiqatlar üçün prosessual hüququn təkmilləşdirilməsinə dair müzakirələr aparılaraq, qrup şəklində tapşırıqlar icra edilib.


Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı