Şriftin ölçüsü :
Saytın rəngi :
Sülh və insanlıq əleyhinə cinayətlərin yurisdiksiyası
Universal yurisdiksiya - cinayətin törədildiyi yerdən və təqsirləndirilən şəxsin və ya zərər çəkmiş şəxsin vətəndaşlığından asılı olmayaraq şəxslərin mühakimə olunmasına və cəzalandırılmasına dair dövlətin səlahiyyətlərini nəzərdə tutan ərazilərdən kənar cinayət yurisdiksiyasının növlərindən biridir. Bu növ səlahiyyət, əsasən, cinayət təqibinə məruz qalması bütün beynəlxalq ictimaiyyət üçün "universal" maraq kəsb edən cinayətlərin xarakterinə əsaslanır.
Yəni sülh və insanlıq əleyhinə cinayət törətmiş hər bir şəxs cinayətin törədildiyi yerdən və təqsirləndirilən şəxsin və ya zərər çəkmiş şəxsin vətəndaşlığından asılı olmayaraq istənilən dövlət tərəfindən mühakimə edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən sülh və insanlıq əleyhinə cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı