Şriftin ölçüsü :
Saytın rəngi :
Sülh və insanlıq əleyhinə cinayətlərə görə müddətin keçməsi və məsuliyyət məsələləri
Beynəlxalq hüquqa əsasən sülh və insanlıq əleyhinə cinayətlərə onların törədildiyi vaxtdan asılı olmayaraq müddətin keçməsi tətbiq edilmir.
Belə ki, BMT-nin 26 noyabr 1968-ci ildə qəbul etdiyi və 11 noyabr 1970-ci ildə qüvvəyə minmiş “Hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərə münasibətdə cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin tətbiq edilməməsi haqqında” Konvensiyasının 1 (b) maddəsinə görə sülh və insanlıq əleyhinə cinayətlərə onun törədilməsi tarixindən asılı olmayaraq məsuliyyətə cəlbetmə müddəti tətbiq edilə bilməz.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə cinayətlərə məsuliyyətə cəlbetmə müddəti tətbiq edilmir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı