Şriftin ölçüsü :
Saytın rəngi :
Cari ilin 4-6 oktyabr tarixlərində Strasburqda Avropa Şurasının Nifrət cinayətləri üzrə ekspert komitəsinin 4-cü iclası keçirilib.
Tədbirdə ölkəmizi təmsil edən Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov prokurorluq orqanlarında aparılan islahatlar çərçivəsində nifrət zəminində baş verən cinayətlərə, həmçinin məişət zorakılığı, qadınlara və azyaşlılara qarşı şiddət və zorakılıqla mübarizə sahəsində görülən qanunvericilik və praktiki tədbirlər haqda danışıb.
Avropa Şurası Nazirlər Komitəsinin nifrət cinayətlərinə qarşı mübarizə sahəsində üzv dövlətlərə tövsiyə sənədinin yekun layihəsində ölkəmizin rəy və təklifləri nəzərə alınaraq layihə Şuranın Nazirlər Komitəsinə təqdim olunub.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı