Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Tərtər rayonu ərazisində şəxsin minaya düşərək ölməsi faktı ilə bağlı araşdırma aparılır

06.10.2023

  Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü mülki şəxs Yaquar Hadıyevin rayonun  Çaylı kəndi ərazisində dəmir tullantıları toplayarkən mina partlaması nəticəsində ölməsi faktı üzrə Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.