Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə - Beynəlxalq humanitar hüquq

06.10.2023

  Silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüquq normalarını pozmaq dedikdə aşağıdakılar nəzərdə tutulur:

- mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etmə;

- ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurma;
- sülhməramlı tədbirlərin həyata keçirilməsinə və ya humanitar yardım göstərilməsinə cəlb olunmuş şəxsi heyətə, o cümlədən Qırmızı Xaç və ya   Qızıl Ayrara fərqləndirici emblemləri olan heyətə, tikililərə, qurğulara, nəqliyyat vasitələrinə hücum etmə;

- hərbi əməliyyatların aparılma üsulu kimi mülki əhali arasında yaranmış aclıqdan istifadə etmə;

- yetkinlik yaşına çatmayanları Silahlı Qüvvələrə cəlb etmə;

- hərbi zərurətdən irəli gəlməyən genişmiqyaslı dağıntılar törətmə;

- müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə;

- hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən, o cümlədən, xüsusi mühafizə olunan tarixi, dini, təhsil, incəsənət, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etmə;

- mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etmə;

- hərbi əməliyyat bölgələrində əhaliyə qarşı zorakılıq göstərmə, quldurluq etmə, əmlaklarını məhv etmə, habelə hərbi zərurət bəhanəsi ilə əmlakı qanunsuz olaraq alma;

- dağıdılması mülki əhali arasında böyük itkilərə səbəb ola bilən və mülki obyektlərə əhəmiyyətli zərər vura bilən qurğulara hücum etmə;

- Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmə.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.