Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə - Müharibə qanunları (2)

05.10.2023

  Müharibə hüququnun prinsiplərinə aşağıdakılar aiddir:

- müharibə edən tərəflər mülki əhali və mülki obyektləri qorumaq üçün həmişə mülki əhali və döyüşənləri fərqləndirməlidir;

- əsas məqsədi mülki əhalini qorxuya salmaq olan zorakılıq aktları ilə hədələmə qadağan olunur;

- münaqişə edən tərəflər mülki əhalini qorumaq və ya heç olmazsa, mülki əhali arasında təsadüfi itkilər və ya təsadüfi zərərdən imkan daxilində qaçmaq üçün mümkün olan bütün ehtiyat tədbirlərini görməlidir;

- yalnız Silahlı Qüvvələrin heyətinə daxil olan şəxslər düşmən üzərinə hücum edə və ona müqavimət göstərə bilərlər;

- mülki obyektlər hücum obyekti ola bilməz. Mülki əhalinin yaşaması üçün zəruri olan obyektləri məhv etmək və ya başqa yerə köçürmək qadağandır;

- qarət qadağandır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.