Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə - Müharibə qanunları

04.10.2023

  Müharibə dövründə belə müharibə edən tərəflərin hərəkətlərinə, məsələn, müharibə əsirləri ilə rəftar, mülki əhalinin hədəf seçilməsi və yaralılara tibbi yardım göstərilməsinə ilə bağlı məhdudiyyətlər qoyan müəyyən qanunlar mövcuddur. "Müharibə qanunları" əsasən Cenevrə Konvensiyaları kimi tanınan beynəlxalq humanitar qanunla tənzimlənir.

  Beynəlxalq humanitar hüququn ən ciddi pozuntuları müharibə cinayətləri hesab edilir. Müharibə cinayətləri fərdi şəxslərin cinayət məsuliyyətinə cəlb edilə biləcəyi cinayət növləridir.

  12 avqust 1949-cu il tarixdə Cenevrədə müasir beynəlxalq humanitar hüququn əsasını qoyan Cenevrə Konvensiyaları qəbul edilmişdir.

  Müharibə üsullarını tənzimləyən Cenevrə Konvensiyaları dəqiq müəyyən edir ki, döyüşən tərəflərə nəyə icazə verilir, nəyə icazə verilmir. 

  Müharibə qurbanlarının müdafiəsinə dair Cenevrə Konvensiyalarının qəbulu 60-dan çox ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən diplomatik konfransda baş tutub. 

  Konvensiya 12 avqust 1949-cu il tarixli bir-biri ilə əlaqəli dörd beynəlxalq müqaviləyə istinad edir. 

  – Daimi Ordularda yaralıların və xəstələrin taleyinin yaxşılaşdırılmasına dair Konvensiya (1-ci Cenevrə Konvensiyası);

  – Dənizdə Silahlı Qüvvələrin yaralı, xəstə və gəmi qəzasına uğramış üzvlərinin taleyinin yaxşılaşdırılması haqqında Konvensiya (II Cenevrə Konvensiyası);

  – Hərbi əsirlərlə rəftar haqqında Konvensiya (III Cenevrə Konvensiyası);

  – Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında Konvensiya (IV Cenevrə Konvensiyası).

   İlk üç konvensiya döyüşçülərlə bağlı olduğu halda halda, Dördüncü Cenevrə Konvensiyası müharibə zonasında mülki şəxslərin humanitar müdafiəsini nəzərdə tuturdu və buna görə də bir ilk idi. Hazırda sonuncu saziş və digər üç sənəd də daxil olmaqla, 1949-cu il Cenevrə konvensiyalarının 196 iştirakçısı var. Cenevrə hüququ döyüşdə artıq iştirak etməyən hərbçilərin və döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərin, yəni mülki əhalinin mühafizəsinə yönəlir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.