Şriftin ölçüsü :

Saytın rəngi :

Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən qurumların əməkdaşları Baş Prokurorluqda təşkil olunan təlimdə iştirak edib

29.09.2023

  Baş Prokurorluğun Elm-Tədris Mərkəzində cari ilin 27 – 29 sentyabr tarixlərində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən daxili işlər, vergi, gömrük, sərhəd xidməti orqanları və digər qurumların əməkdaşları üçün “Əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı qanunvericiliyə, insan və vətəndaş hüquq və azadlıqlarına riayət edilməsi” mövzusunda kurs təşkil edilib.

  Tədris tədbirinə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsinin müvafiq sahədə nəzəri və praktiki biliklərə malik təcrübəli işçiləri təlimçi qismində cəlb edilib. 

  Mühazirə, təqdimat və təcrübə mübadiləsi formasında həyata keçirilmiş kurs çərçivəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən 39 əməkdaşa bu fəaliyyətdən irəli gələn məsələlərlə yanaşı, informasiya təminatı, kriminalistik və əməliyyat uçotları, eləcə də kibercinayətlər və digər aktual cinayətlərin taktiki xüsusiyyətləri barədə praktiki əhəmiyyət kəsb edən mövzular tədris edilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.