Şriftin ölçüsü :

Saytın rəngi :

Qohumunu öldürməkdə təqsirləndirilən şəxsin barəsində cinayət işi məhkəməyə göndərilib

29.09.2023

  İyunun 4-də 1978-ci il təvəllüdlü Elşad İsmayılovun öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

  İstintaqla 2005-ci il təvəllüdlü  Kənan Nərimanzadənin qeyd edilən tarixdə Saatlı şəhərində yerləşən yaşadığı evdə qohumu Elşad İsmayılovu aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

  Kənan Nərimanzadəyə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.