Şriftin ölçüsü :
Saytın rəngi :
Sentyabrın 25-də prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümü ilə əlaqədar hüquq fakültələrində təhsil alan tələbələr üçün Baş Prokurorluqda “Heydər Əliyev və Qanun” adlı hüquq müsabiqəsi təşkil edilib.
Müsabiqə ümummilli lider Heydər Əliyev irsinin tədqiqi, Ulu Öndərin qanunvericilik sahəsində həyata keçirdiyi tədbirlərin gənc nəsil tərəfindən öyrənilməsi və prokurorluq orqanları ilə ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi daşıyıb.
Keçirilmiş maarifləndirici yarışmada Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, “ADA” Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası və Dövlət Gömrük Komitəsi Akademiyasının tələbələri iştirak ediblər.
Göstərdikləri nəticələrə görə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandası 1-ci, Bakı Dövlət Universitetinin komandası 2-ci yerə layiq görülüb, 3-cü yeri isə Naxçıvan Dövlət Universiteti ilə Polis Akademiyasının komandaları arasında bölüşüblər. Müsabiqənin kapitanlar konkursunda isə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komanda kapitanı Süleymanlı Turqut Emin oğlu qalib olub.
Sonda iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.









Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı