Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluğun veteranları gənc əməkdaşlarla görüşüb

26.09.2023

  Sentyabrın 25-də Baş Prokurorluqda 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaranmasının 105-ci ildönümü ilə əlaqədar prokurorluğun veteranları və gənc prokurorluq işçiləri arasında görüş keçirilib.

  Görüşdə veteranlar prokurorluq orqanlarındakı xatirələrini danışıb, gənc prokurorluq işçiləri ilə öz bilik və təcrübələrini bölüşüb, hazırda prokurorluq orqanlarında aparılan dinamik islahatlar, maddi və texniki bazanın möhkəmləndirilməsi, xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daim prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqətin göstərilməsi vurğulanıb və prokurorluq orqanlarında çalışmağın şərəfli, həmçinin bir o qədər çətin və məsuliyyətli olması qeyd edilib.

  Eyni zamanda, prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsində veteran prokurorluq işçilərinin səmərəli təcrübəsinə daim ehtiyacın olması və gənc əməkdaşlarla gələcəkdə də görüşlərin keçirilməsinin faydalı olacağı bildirirlib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.