Şriftin ölçüsü :
Saytın rəngi :
Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir.
Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir.
Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir. Dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.
Təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından şəxsin məhrum edilməsi inzibati xətadır və bu əmələ görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı