Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Şəxsin iş yerində almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı araşdırma aparılır

26.09.2023

  Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, sentyabrın 16-da Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində 1983-cü il təvəllüdlü Fəqan Şirinov və 2002-ci il təvəllüdlü Nahid Həsənovun üzərinə isti su tökülməsi və sonuncunun almış olduğu xəsarətlərdən sentyabrın 24-də müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.