Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq əməkdaşları növbəti ağacəkmə kampaniyası keçirib

23.09.2023

  Prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 105-ci ildönümü ərəfəsində ənənəvi olaraq sentyabrın 23-də Baş Prokurorluq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi Prokurorluq, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə növbəti ağacəkmə kampaniyası keçirib.

  Tədbir çərçivəsində Abşeron rayonu ərazisində ümumilikdə 2 hektar ərazidə 1500-dən çox ağac əkilib.

  Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.