Şriftin ölçüsü :
Saytın rəngi :
Avropa Şurası və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə əməkdaşlıq çərçivəsində Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini, HELP milli tyutoru Günay Əyyubova tərəfindən Avropa Şurasının “HELP e-learning” platforması üzərindən 38 praktik hüquqşünas üçün (5 hakim, 6 hakimliyə namizəd, 3 prokuror və 24 vəkil) “Cinayət prosesində prosessual təminatlar və qurbanların hüquqları” mövzusunda təşkil edilən 2 aylıq distant kursa yekun vurulub.
Distant kursda ədalətli məhkəmə araşdırmasının ümumi aspektləri, institusional zəmanətlər, prosessual təminatlar, ədalətlilik (sübutların qiymətləndirilməsi, mübahisəli prosedurlar, tərəflərin bərabərliyi, əsaslandırma), ictimai dinləmə, təqsirləndirilən şəxsə qərəzsiz yanaşma, sübutetmə yükü, təqsirkarlığa açıq istinadlar, pozuntulara qarşı vasitələr, xüsusi hüquqlar (məlumat almaq hüququ, susmaq və özünü ittiham etməmək hüququ, vəkilə müraciət hüququ, hüquqi yardım hüququ, tərcümə hüququ, şahidləri dindirmək hüququ, məhkəmədə iştirak etmək hüququ, apellyasiya hüququ, effektiv hüquqi müdafiə hüququ), həbsdən müdafiə, qurbanların hüquqları, ehtiyacları və digər aspektlər tədris olunub.
Tyutor tərəfindən iştirakşıların əldə etdikləri bilikləri “HELP e-learning” platforması üzərindən hər Modul üzrə test, sual, kazus tapşırıqları əsasında yoxlanılaraq qiymətləndirilib. Yekunda 22 nəfər müvəffəqiyyət əldə edib. Yüksək nəticə nümayiş etdirən şəxslərə Avropa Şurasının sertifikatları təqdim ediləcək.


Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı