Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı Tvinninq layihəsi üzrə rəhbər komitənin növbəti iclası keçirilib

22.09.2023

  Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Baş Prokurorluğunun benefisiar olduğu “Azərbaycanda əmlakın bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı Tvinninq layihəsinin icrası uğurla  davam edir.

  Bununla əlaqədar, Layihə üzrə tərəfdaş qurum - Litva Respublikasının Xüsusi istintaq xidmətinin direktorunun birinci müavini, eyni zamanda tərəfdaş ölkənin layihə rəhbəri Jovitas Raškevičiusun rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 20–21 sentyabr tarixlərində Bakı şəhərində olub.

  Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş prokurorunun müavini Elmar Camalovla tərəfdaş qurumun nümayəndələri arasında görüş keçirilib və “Tvinninq” layihəsi və qarşılıqlı əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.

  Həmçinin, Layihə üzrə Rəhbər Komitənin 6-cı görüşü keçirilib. Görüş zamanı layihənin uğurla sona çatdırılmış komponentləri üzrə ötən müddət ərzində görülmüş işlər müzakirə olunub və növbəti aylarda icra olunmalı bir sıra məsələlər komitənin rəhbər şəxsləri tərəfindən razılaşdırılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.