Şriftin ölçüsü :
Saytın rəngi :
Baş Prokurorluğun Elm-Tədris Mərkəzində cari ilin sentyabrın 20 və 21-də “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması əməli üzrə istintaq: sübutetmənin xüsusiyyətləri” mövzusunda təlim keçirilib.
Təlimdə birinci və apelyasiya məhkəmələrini təmsil edən hakimlər, prokurorluq, daxili işlər və vergi orqanlarının müstəntiqləri iştirak edib.
Tədris prosesinə Baş Prokurorluğun işçiləri ilə yanaşı, Maliyyə Monitorinqi Xidmətinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları təlimçi qismində cəlb olunub.
Təlim çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə sahəsində həyata keçirilmiş dövlət proqramları, ölkəmizin qoşulduğu beynəlxalq təşəbbüslər və bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlıq barədə dinləyicilərə geniş məlumat verilib.
Həmçinin, təlim zamanı Cinayət Məcəlləsinin 193-1 maddəsi ilə nəzərdə tutulmuş əməlin tövsifi aspektləri, bu cür əməllərin istintaqda sübutetmə xüsusiyyətləri, maliyyə istintaqının və predikativ cinayətlər üzrə paralel maliyyə araşdırmasının aparılması qaydası, vergi cinayətlərinin ibtidai araşdırılması çərçivəsində bu cür əməllərin aşkarlanması və digər aktual mövzular üzrə tədris keçirilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.




Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı